3 faydalı ənənəvi yağ kərə, əridilmiş və piy! | Icma.az
Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əsrlər boyu əcdadlarımızın faydalandığı bir sıra ənənəvi yağlara 50 ildən artıq bir vaxt ərzində müasir tibb tərəfindən “zərərli” damğası vurularaq insanlara rasionlarından çıxarılması tövsiyyə edilirdi.
Lakin son zamanların araşdırmaları təbii yağların faydalarını bir daha sübut edərək, şübhələrin və tənqidlərin “qara buludlarını” dağıtmaqdadır.
Məsələn, dünyada rəğbət qazanan “TIME” jurnalının yağlar haqda müxtəlif illərdə nəşr etdiyi məlumatların təkamülü: 1961-ci ildə yağların zərəri barədə xəbərdarlıq, 1984-cü ildə yağın tərkibindəki xolesterolun ziyanı haqda məlumat və nəhayət 2014-cü ildə “Yağ yeyin” deyə təbii yağların faydası haqda bundan öncəki illərdə verilən məlumatların təkzibi.
Ənənəvi yağlar marqarin və bitki yağı istehsalçılarının çoxsaylı təbliğatları və reklamlarının nəticəsi kimi uzaq durulan, yeyilməsi ziyanlı olan bir qidaya çevrildi.
Əslində isə fabrikalarda istehsal olunan bitki yağları və marqarin heç də göründüyü kimi günahsız deyil.
Araşdırmalar nəticəsində sintetik əsasları olan marqarinin və ifrat dərəcədə emal olunmuş bitki yağlarının kanserogen təsirləri sübut olunmuşdur.
Əsas günahkar kimi göstərilən isə təbii yağların tərkibindəki xolesteroldur.
Tam oxu
Xəbəri oxu