3 futbolçu “Real Madrid”in gündəmindədir

23.11.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Real Madrid" heyətini gücləndirmək məqsədilə 3 gənc yarımmüdafiəçini — İtaliyanın "Komo" klubunda çıxış edən Niko Pası, Almaniyanın "Bavariya" təmsilçisinin üzvü Lennart Karlı və İngiltərənin "Kristal Pelas" klubunun futbolçusu Adam Uortonu yaxından izləyir.

“Yeni Sabah” xəbər verir ki, Madrid təmsilçisinin transfer siyahısında əsas hədəf məhz Niko Pasdır.

Klubun argentinalı yarımmüdafiəçini 80 milyon avro qarşılığında geri almaq hüququ mövcuddur. Lakin futbolçunun özü "Real Madrid"ə qayıtmazdan əvvəl əsas heyətdə müntəzəm oyun vaxtı alacağına dair tam əminlik istəyir. Online alış-veriş

İspaniya klubu paralel olaraq Lennart Karl və Adam Uortonun da çıxışlarını təhlil edərək onlarla bağlı xüsusi skaut hesabatları hazırlayıb. Bununla belə, "Kral klubu"nun rəhbərliyi hələlik bu iki futbolçudan hər hansı birinin transferi ilə bağlı yekun qərar qəbul etməyib.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью