3 gün əvvəl avtomobil vurmuşdu xəstəxanada öldü

14.01.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

3 gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Bakıvaxtı.az xəbər verir ki, 11 yanvar tarixində gecə saatlarında Vüsal Hidayətzadə idarə etdiyi “BMW 528İ” avtomobili ilə hərəkətdə olarkən 1974-cü il təvəllüdlü Məlahət Məhərrəmovanı vurub.

Piyada xəstəxanaya çatdırılsa da, o, hadisədən bir gün sonra axşam saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başladılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью