3 gündür itkin düşən Camalın meyiti dağda tapıldı: Ağacdan asılı vəziyyətdə olub

21.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Oğuzda üç gün əvvəl itkin düşən şəxsin asılmış meyiti tapılıb.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Muxas kəndinin inzibati ərazisində dağlıq ərazidə qeydə alınıb.

32 yaşlı Camal Maarif oğlu Əkbərovun meyiti ağacdan asılı vəziyyətdə aşkar olunub. Camal Əkbərovun üç gün əvvəl evdən çıxaraq geri qayıtmadığı bildirilir.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью