“3 gündür ki, doğum günümü qeyd edirəm” 82 yaşlı Hacı İsmayılov

25.01.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ad günümü qızımın evində nəvələrlə birgə keçirdim. Adətən təmtəraqlı doğum günü qeyd etməyi sevmirəm. Mən ancaq 60 illik yubileyimi səhnədə qeyd etmişdim. Ondan sonra çalışıram ki, çox da böyük məclislər olmasın. Həm də o zaman sağ olan dostlarımın bir çoxu həyatda yoxdur”.

Ölkə.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında bir neçə gün öncə 82 yaşını qeyd edən Xalq artisti Hacı İsmayılov deyib.

Aktyor bildirib ki, 3 gündür doğum gününü qeyd edir.

O, 82 yaşda yenə də səhnəyə çıxdığını və bununla bağlı çətinlik çəkmədiyini deyib:

“Bu, bizim işimizdir. Artıq illərin təcrübəsi var. Yaş hər hansısa problem yaratmır. Mən həmişə arzulamışam ki, ad günümü səhnədə qeyd edim”.

Aktyor yaşına görə cavan qalmasından da danışıb:

“Bu, Allahın verdiyi bir lütfdür. Cavan qalmaq üçün heç nə etmirəm. Həyatımızın haradan başladığını bilirik, ancaq nə zaman bitəcəyini deyə bilmərik. Məni bu həyatda yaşadan səhnədir, sənətdir. Nə qədər ömrüm varsa, onu sənətə həsr edəcəyəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью