3 günlük geri sayım başladı? Tramp İrana xəbərdarlıq etdi

27.04.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ-nin İrana qarşı dəniz blokadası davam edərsə, ölkənin neft kəmərləri təxminən üç gün ərzində partlaya və ya daxildən sıradan çıxa bilər.

Ölkə.az xəbər verir ki, o, bu fikirləri "Fox News" telekanalına müsahibəsində səsləndirib

Tramp bildirib ki, İranın neft kəmərləri ilə böyük həcmdə neft daşınır. Onun sözlərinə görə, əgər blokada səbəbindən neft tankerlərə və ya anbarlara ötürülə bilməsə, kəmərlərdə yığılan təzyiq təhlükəli vəziyyət yarada bilər. ABŞ prezidenti iddia edib ki, bu halda kəmərlər daxili təzyiq səbəbindən zədələnə və ya partlaya bilər.

Tramp qeyd edib ki, İranın bunun baş verməsinin qarşısını almaq üçün təxminən üç günü var.

Onun sözlərinə görə, belə bir ssenari reallaşarsa, İran neft hasilatı gücünün yarısını itirə bilər.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью