3 günlük körpəsini zibilə atdı Kamera görüntüləri həqiqəti üzə çıxardı

03.07.2025

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İstanbulun Şişli rayonunda insanı dəhşətə gətirən hadisə baş verib. 3 günlük körpə zibil konteynerində tapılıb. Hadisə yerinə cəlb olunan polis və təcili yardım əməkdaşları körpəni dərhal xəstəxanaya çatdırıblar.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaxınlıqda yerləşən binanın kameralarına əsasən, körpənin ana tərəfindən atıldığı ehtimal edilir. Polis qadını qısa zamanda saxlayıb. İlkin məlumata görə, ana psixoloji problemlər səbəbindən bu addımı atıb.

Körpənin vəziyyətinin yaxşı olduğu bildirilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Hüquq-mühafizə orqanları qadının ifadəsini alaraq hadisənin bütün təfərrüatlarını aydınlaşdırmağa çalışır. Marqarita pizza

Rəvan Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью