Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
“Yuventus” ciddi itki ilə üzləşib.
"Football-plus.az" xəbər verir ki, turinlilərin müdafiəçisi Daniele Ruqani sıradan çıxıb. 31 yaşlı futbolçu məşq zamanı ayağından zədə alıb. Onun baldırında əzələ yırtığı aşkarlanıb. Ruqaninin 3 həftə komandasına kömək edə bilməyəcəyi məlum olub.
Qeyd edək ki, Daniele bu mövsüm “Yuventus”da 7 oyunda iştirak edib.