3 həftə əvvəl pilləkəndən yıxılan rejissor vəfat etdi

09.12.2024

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyəli rejissor, ssenarist Şerif Gören vəfat edib.

Kulis.az xəbər verir ki, noyabrın 22-də evində pilləkənlərdən yıxılaraq başından zədə alan prodüser xəstəxanaya yerləşdirilmişdi. O, 80 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Şerif "Yılanların öcü", "Kır gönlünün zincirini", "Firar", "Kurbağalar", "Adem ile Havva" kimi filmlərin, "Ahh İstanbul", "Serseri aşıklar", "Kırık ayna" seriallarının rejissor kürsüsündə əyləşib.

Amerikalı rejissor vəfat etdi "Toska" operası nümayiş etdirildi Şair Cəlil Cavanşir Sivva ilə klipə çəkildi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью