3 həftədə 55 təhlükəsizlik əməkdaşı öldürülüb | Icma.az
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Pakistanda son üç həftədə silahlılarla toqquşmalarda ən azı 55 təhlükəsizlik işçisi həlak olub.
"Cebheinfo.az" xəbər verir ki, İslamabadda yerləşən Pakistan Münaqişə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun (PICSS) analitik mərkəzinə görə, təhlükəsizlik qüvvələri oktyabr ayında 62 əməkdaşını itirib.
Bu, 2024-cü ildə bir ayda qeydə alınan ən yüksək itki olub. Bu ayın 20 günündə yaraqlılarla toqquşmalarda və hücumlarda 55 təhlükəsizlik əmə
Hücumlar daha çox Bəlucistan və Hayber Paxtunxva əyalətlərində olub.
2024-cü ilin 10 ayı ərzində Pakistanda 785 terror aktı baş verib, nəticədə 951 nəfər ölüb, 966 nəfər yaralanıb.
Bu vəziyyət onu göstərir ki, zorakılıq bütün ölkədə yüksək səviyyədədir.
İslamabaddan olan təhlükəsizlik üzrə ekspert, istefada olan general-leytenant Tələt Məsud bildirib ki, Pakistanda zorakılığın artmasının arxasında Əfqanıstan faktoru, yerli terror şəbəkələri və qlobal təhlükəsizlik vəziyyətində son dəyişikliklər dayanır.
Tam oxu
Xəbəri oxu