3 həftəlik sıradan çıxdı

17.01.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Real"ın heyətində ciddi itki baş verib.

QOL.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Eduardo Kamavinqa sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçunun bud nahiyəsində əzələ zədəsi aşkarlanıb. Fransalı oyunçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal olunur.

Qeyd edək ki, Eduardo Kamavinqa bu mövsüm "kral klubu"nun heyətində 16 rəsmi matçda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью