News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əvəz Zeynallı ilə birgə məhkum edilmiş jurnalist Elnur Şükürov azadlığa buraxılıb.
News24.az xəbər verir ki, bu barədə Əvəz Zeynallı özünün "Facebook" hesabından paylaşım edib.
Xatırladaq ki, “Səda TV”nin rəhbəri olan E.Şükürov rüşvət almaqda və dələduzluqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdi. Onunla birgə mühakimə edilərək 8 il 10 ay azadlıqdan məhrum edilən Əvəz Zeynallı isə bir müddət əvvəl xəstəliyinə görə cəzadan azad edilmişdi.