3 ildir ondan xəbər YOXDUR

13.02.2025

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İzmirdə 3 ilə yaxındır itkin düşən yaşlı qadının sümükləri tək yaşadığı evdə tapılıb. 

News24.az bildirir ki, itkin düşən 80 yaşlı Gülşen Çoğulu ögey oğlu ilə uzun müddət görüşməyib. Bir neçə ildən sonra ögey anasından xəbər ala bilməyən oğlan polisə müraciət edib.

Çilingər köməyi ilə evə girən qruplar, içəridə bir zibil yığını ilə qarşılaşıb. Daha sonra mənzildə aparılan müayinə nəticəsində Çoğulunun sümükləri yataq otağındakı çarpayıda, paltarlarının bir hissəsi çürümüş vəziyyətdə tapılıb.

Yaşlı qadının uzun müddət əvvəl öldüyü və bədənindən yalnız sümüklərinin qaldığı öyrənilib.

Zəhraxanım Şeydayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью