3 ildir övladımı görə bilmirəm FOTO

17.12.2025

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aktyor Müşviq Şahverdiyev 3 ildir övladını görə bilmir. 

"Ölkə.az" xəbər verir ki, aktyor bu haqda "Günə uğurla" verilişində deyib. O, bildirib ki, oğlu Ukraynada yaşayır və Azərbaycana gəlmir:

"Xarici ölkədə belə şeylərlə rastlaşırıq: xarici ulduzların gəlirini açıqlayırlar ki, adası, villası var. Seriallardan qazandıqların deyirlər. Biz isə halal zəhmətlə qazandığımızı qorxuruq açıqlamağa. Bu, mənimdir, başqasının yox. Mənim də bir evim, maşınım, qarajım var. Ukraynada evim varım idi, indi yoxdur. Övladım Murad oradadır.

Onu sonuncu dəfə 3 il əvvəl görmüşəm. Orada anası, babası və nənəsi ilə yaşayır. Ora birbaşa uçuş yoxdur, başqa ölkə vətəndaşları gedə bilmir. Gedə bilmirəm. Müharibə şəraitidir. Onlar da gəlmirlər. Uşaq Azərbaycan dilini unudur, kaş belə etməyələr". 

Qeyd edək ki, Müşviq 2017-ci ildə Aynurə adlı xanımla ailə qurub. Cütlüyün boşanması 2023-cü ildə ortaya çıxıb. Onların bir oğul övladı var.  (Axşam.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью