Icma.az bildirir, Axsham.az portalına istinadən.
Üç il fasilədən sonra “Avroviziya”ya qayıdan Bolqarıstan təmsilçisini açıqlayıb.
Axşam.az xəbər verir ki, 8 ifaçının yer aldığı müsabiqədə DARA qalib olub. Münsiflər heyəti ilə tamaşaçıların birgə səsverməsi əsasında ən çox səs DARA-ya verilib.
DARA Bolqarıstanda ən tanınmış pop ifaçılarından biridir.
Qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya - "JJ" ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə birinci olub. "Avroviziya" müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.