3 illik müharibənin yaratdığı 30 illik problem: Elçin Rüstəmli yazır... | Icma.az
Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Rusiyanı böyük fəlakət gözləyir.
Ukraynaya qarşı işğalçı müharibədə Rusiya ordusunun 9 generalı, 500-dən artıq polkovnik-leytnant və daha yüksək rütbəli hərbçisi öldürülüb.
270-ə yaxın hərbi pilot, minlərlə xüsusi təyinatlı, karyera zabiti həlak olub.
BBC-nin hazırladığı adbaad ölü siyahısında 90 mindən artıq hərbçinin adı var.
Bu, ümumi itkilərin bir hissəsidir, real rəqəmlər dəhşətli dərəcədə böyükdür. Bu gün-sabah atəşkəs imzalansa, Rusiya nə əldə edəcək?
Uzaqbaşı Ukraynanın 20 faizini daha bir neçə il işğalda saxlaya bilər, o da sanksiyalar imkan versə… Rusiya 3 illik müharibədə çox şey itirib, dünya iqtisadi, siyasi sistemindən təcrid olunub, enerji satışı bazarları əlindən çıxıb, Avropa ölkələrində formalaşdırdığı yumşaq gücdən-kəşfiyyatın nəzarətində olan siyasi institulardan, media resurslarından, eləcə də hökumətlərə digər təsir rıçaqlarından məhrum olub.
Rusiya yüz milyardlarla dollar kapitaldan məhrum olub, milyonlarla məhsuldar qüvvələrini itirib.
Ən əsası, Rusiya dövləti və xalqı bəşəriyyətdə etimadını, nüfuzunu itirib.
Tam oxu
Xəbəri oxu