3 İngiltərə klubu “Roma”nın müdafiəçisini istəyir

20.10.2026

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

İtaliyanın "Roma" klubunda çıxış edən müdafiəçi Uesli Fransa İngiltərə Premyer Liqasının üç komandasının diqqət mərkəzinə düşüb. Sport24.az xəbər verir ki, 23 yaşlı braziliyalı futbolçu ilə "Mançester Yunayted", "Arsenal" və "Nyukasl" klubları maraqlanır.

İtaliya təmsilçisinin futbolçu üçün təxminən 60 milyon avro tələb etməsi transferin gerçəkləşməsini çətinləşdirə bilər.

Qeyd edək ki, U.Fransa cari mövsümdə bütün turnirlərdə keçirdiyi 8 matçda 1 məhsuldar ötürmə verib. Onun "Roma" ilə müqaviləsinin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью