3 israilli girova görə azad ediləcək fələstinlilərin sayı…

29.01.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail 30 yanvarda 30-u azyaşlı olmaqla, 110 fələstinli məhbusu azad edəcək.

Axar.az xəbər verir ki, bu barədə HƏMAS hərəkatının hərbi əsirlərlə iş üzrə idarəsi məlumat yayıb.

“Sabah mübadilə sazişinin birinci mərhələsi çərçivəsində ömürlük həbs cəzasına məhkum edilmiş 32 məhbus, uzun müddətə azadlıqdan məhrum edilmiş 48 məhbus və 30 uşaq azadlığa buraxılacaq”, - məlumatda bildirilib.

Qeyd edək ki, bundan öncə HƏMAS sabah azad edəcəyi 3 israilli məhbusun adını İsrailə təqdim edib. HƏMAS-ın 3 israillidən əlavə 5 tailandlını da azad edəcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью