Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sidney Universitetinin alimləri yuxu, fiziki aktivlik və qidalanmada kiçik dəyişikliklərin insan ömrünü 9 ilə qədər uzada biləcəyini müəyyən ediblər.
Axşam.az xəbər verir ki, 2026-cı ildə "eClinicalMedicine" jurnalında dərc olunan araşdırma təxminən 60 min insanın 8 il ərzində müşahidəsinə əsaslanır.
Nəticələrə görə, gündə 7-8 saat yatmaq, ən azı 40 dəqiqə fiziki aktiv olmaq və balanslı qidalanmaq ömrü 9 il 4 ay, sağlam yaşanılan müddəti isə 9 il 5 ay artıra bilər.
Alimlər bildirirlər ki, hətta yuxunu 5 dəqiqə artırmaq, gündəlik hərəkətə 2 dəqiqə əlavə etmək və daha çox tərəvəz yemək də faydalı ola bilər.
Psixoloqlar yeni vərdişləri gündəlik rutinə daxil etməyi və dəyişiklikləri tədricən etməyi tövsiyə edirlər.