3 klub Ferran Torreslə maraqlanır

22.03.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Barselona"nın futbolçusu Ferran Torreslə üç İngiltərə klubu maraqlanır. 

Apasport.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb. 

Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik ispaniyalı hücumçunu heyətində saxlamaq istəyir. Lakin rəhbərlik 25 yaşlı oyunçu üçün 40 milyon avroluq təklif gəlsə onu buraxmağa hazırdır. Hazırda Ferranla "Mançester Yunayted", "Liverpul" və "Aston Villa" maraqlanır. 

Bildirilir ki, Torresin transferindən qazanılan məbləğ "Atletik"in vingeri Niko Uilyams üçün xərclənə bilər. 

Qeyd edək ki, Ferran Torres bu mövsüm "Barselona"nın heyətində 32 matça çıxaraq 13 qol vurub və 3 qolun ötürməsini edib. 

Noyer fərdi məşqləri də dayandırıb "Qalatasaray"lı futbolçu millinin matçında zədələnib İki futbolçu Türkiyə millisinin heyətindən kənarlaşdırılıb DÇ-2026: Messisiz Argentina Uruqvayı məğlub edib Edin Cekonun burnu sınıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью