3 kq jelibon yedi, reanimasiyaya düşdü

07.10.2025

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Üç kiloqram marmelad yeyən kişi xəstəxanaya yatırılıb.

Milli.Az xəbər verir ki, Böyük Britaniyada yaşayan Natan Riminqton üç gün ərzində təxminən üç kiloqram marmelad ayıcıq ( "Jelibom" ) yedikdən sonra təcili tibbi yardıma müraciət edib.

Bu barədə Oddity Central xəbər yayıb.

Məlumata görə, o, "Amazon"dan 3 kiloqramlıq marmelad bağlaması sifariş edib və qısa müddətdə təxminən 10 min kilokalori dəyərində şirniyyat qəbul edib. Bundan az sonra kişidə kəskin qarın ağrısı, tərləmə və halsızlıq yaranıb.

Xəstəxanada ilkin olaraq qida zəhərlənməsi ehtimalı irəli sürülüb, lakin analizlər həddindən artıq jelatin miqdarı aşkar edib.

Həkimlər qeyd ediblər ki, jelatin və ağır tərkibli qidaların normadan artıq qəbulu bağırsaq keçməzliyi və iltihab kimi ciddi fəsadlara səbəb ola bilər.

Riminqton altı gün reanimasiyada saxlanılıb, bu müddətdə o, yalnız damar yolu ilə müalicə alıb və yemək yeməsinə icazə verilməyib. Hazırda vəziyyəti stabildir.

İsmayıl
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью