3 maşına çırpılaraq ölən qadının FOTOSU

27.11.2024

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, noyabrın 27-də saat 08 radələrində Mingəçevir şəhərində Ehsan Abdullayev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1963-cü il təvəllüdlü Niyar Abdullayevanı vurub. 

"Unikal"ın məlumatına görə, 3 maşına çırpılaraq ölən piyada Niyar Abdullayeva olub. "Opel" markalı avtomobilin vurduğu qadın əvvəlcə "Vaz 011"ə çırpılıb, daha sonra "Vaz 2106"nın altına düşərək dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Ehtiram Muradov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью