Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünyanın ən məşhur qəhvə şəbəkələrindən biri olan “Starbucks” Yaponiyadakı biznesini satmaq üçün hərəkətə keçib. Şirkət bu məqsədlə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa başlayıb.
“Yeni Sabah” xəbər verir ki, şirkət satış prosesini idarə etmək üçün “Citigroup” və “Morgan Stanley” də daxil olmaqla bir sıra beynəlxalq maliyyə məsləhətçiləri ilə razılığa gəlib. Məlumata görə, mümkün alıcıların marağını öyrənmək məqsədilə strateji və maliyyə investorları ilə ilkin danışıqlara başlanılıb. Lakin şirkətin hansı həcmdə payını satacağı hələlik məlum deyil.
“Starbucks”ın Yaponiyadakı fəaliyyətinin gələcəyi ilə bağlı müxtəlif variantları nəzərdən keçirdiyi ilk dəfə bu ilin iyun ayında gündəmə gəlib. Sentyabr ayında yayılan məlumatlarda isə şirkətin Yaponiyadakı biznesindəki nəzarət payını satmağa müsbət yanaşdığı bildirilmişdi. Həmin vaxt bu fəaliyyətin təxminən 3 milyard dollar dəyərində olduğu irəli sürülmüşdü. İnvestorlarla birbaşa danışıqların başlanması satış prosesində yeni mərhələyə keçildiyini göstərir. İnternet mağaza
Bununla belə, mümkün satışın yekun qiyməti və razılaşmanın şərtləri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.