GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Suriyada eks-prezident Bəşər Əsədin devrilməsindən sonra ölkədə yeni hökumətin qurulması üçün hazırlığa başlanılıb.
Xüsusilə müxtəlif bölgələr üzrə say çoxluğu təşkil edən etnik qruplara muxtariyyət verilə biləcəyi deyilir.
Onlar arasında Suriyada məskunlaşan türkmənlər də (bəzi ekspertlər azərbaycanlı adlandırır – red.) var.
İddialara görə, hazırda bu ölkədə 5 milyondan çox türkmən yaşayır.
Yaranmış vəziyyət fonunda onlara muxtariyyətin verilməsi ilə bağlı tələblər səsləndirilir.
Bu mövzu Birləşmiş Millətlər Təşkilatı (BMT) səviyyəsində qaldırıla bilərmi? Bakının məsələyə hansı istiqamətdə müdaxiləsi mümkündür?
Türk Dövlətləri Təşkilatının da hərəkətə keçməsi gözləniləndirmi?