3 min illik körpü bu gün də istismar olunur

06.11.2024

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Qəbim Romada çox gözəl yollar və körpülər olduğu hamıya məlumdur. Lakin qədim Ellada da bu sahədə geri qalmır.

Avtosfer.az xəbər verir ki, Yunanıstanda antik dövrdən çox sayda körpü qalmaqdadır. Fotodakı körpü eradan əvvəl 9-cu əsdə inşa olunub. Yunanıstanın şimalında kiçik bir kənddə yerləşən körpü bu gün də istismar olunur. Əgər 2 min il əvvəl körpüdən döyüş arabaları keçirdisə, indi minik avtomobilləri keçir. Avtomobil arabadan daha ağır olsa da, körpü davam gətirir. 

Son 30 əsrdə körpü çox sellərə, sulara sinə gərib, bu günədək dayana bilib. Bu da qədim dövrün sənətkarlarının bacarığının göstəricisidir.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью