3 ölkə Beynəlxalq Frankofoniya Təşkilatını tərk edib

20.03.2025

Icma.az bildirir, Sia Az portalına istinadən.

Niger və Burkina-Faso Beynəlxalq Frankofoniya Təşkilatını tərk edib. SİA xəbər verir ki, bu barədə Nigerin Xarici İşlər Nazirliyi məlumat yayıb. Qurum artıq Fransanın Avropa və Xarici İşlər Nazirliyini məlumatlandırıb. Baş qərargahı Parisdə yerləşən Beynəlxalq Frankofoniya Təşkilatı da faktı təsdiqləyib.

Bu açıqlamadan bir neçə saat sonra Mali diplomatiyası da ölkənin Beynəlxalq Frankofoniya Təşkilatından çıxdığını bəyan edib.

Hər 3 ölkə missiyası fransız dilinin təşviqi olan təşkilatı öz nizamnaməsindən kənara çıxaraq siyasi proseslərə müdaxilədə ittiham edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью