3 ölkə Rusiyanın enerji sistemindən həmişəlik ayrılır

07.02.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabah Litva, Latviya və Estoniya Rusiyanın enerji sistemindən həmişəlik ayrılacaq.

"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkəsində yazıb.

"Rusiya artıq enerji resurslarından şantaj vasitəsi kimi istifadə edə bilməyəcək. Bu, Avropanın azadlığının və birliyinin qələbəsidir", - Kallas yazıb.

Xatırladaq ki, Baltikyanı ölkələr - Estoniya, Latviya və Litva qonşu Rusiya və Belarusun elektrik sistemindən ayrılaraq Avropa İttifaqı sisteminə qoşulur.

Ağarza Elçinoğlu 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью