3 ölkədə daşqınlar: ölənlərin sayı 1300 ü ötüb

02.12.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İndoneziya, Şri-Lanka və Taylandda son həftələrdə baş verən dağıdıcı daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 1300-ü ötüb, 900-ə yaxın insan itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bir neçə gündür yağan güclü musson yağışları geniş əraziləri su altında qoyub, minlərlə insan evsiz qalıb.

Səlahiyyətlilər çərşənbə axşamı bildiriblər ki, daşqınlar və torpaq sürüşmələri nəticəsində ən azı 1338 nəfər, o cümlədən İndoneziyada 744, Şri-Lankada 410, Taylandda 181 və Malayziyada üç nəfər ölüb.

Aynur Babazadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью