3 ölkənin din xadimləri Azərbaycanda

05.09.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Onlar paytaxtda və Qarabağda tarixi-dini abidələri ziyarət edəcəklər

Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində Azərbaycana səfər edəcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatında daha sonra bildirilir ki, Komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə sentyabrın 6-da baş tutacaq səfərin məqsədi milli-mənəvi dəyərlərin qorunması, xaricdə yaşayan soydaşların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi və Azərbaycan həqiqətlərinin təbliğidir.

Səfərin proqramına nümayəndə heyətinin Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Zəfər parkını və Zəfər muzeyini, Türk Şəhidliyi abidəsini, Heydər məscidini, Bibiheybət məscid-ziyarətgah kompleksini ziyarət etməsi də daxildir. Bundan başqa, din xadimləri, həmçinin Azərbaycan İlahiyyat İnstitutunda olacaqlar. Növbəti günlərdə qonaqların Şuşa, Xankəndi və Ağdamda olan tarixi-dini abidələr, qədim ibadətgahlar, mədəni irs nümunələri, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə tanışlığı nəzərdə tutulur.

Üç ölkədən 50-ə yaxın azərbaycanlı din xadiminin iştirak edəcəyi səfər proqramı sentyabrın 10-da yekunlaşacaq.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью