3 ölkənin lideri Tripolidə bir araya gələcək

04.01.2025

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yanvar ayının əvvəllərində Liviyanın paytaxtı Tripolidə Liviya, Tunis və Əlcəzair dövlət başçılarının üçüncü zirvə toplantısı keçiriləcək. Artıq bunun üçün hazırlıqlara başlanıb.

Modern.az bildirir ki, bu barədə Əlcəzairin xarici işlər naziri Əhməd Attaf 2024-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Nazir əlavə edib ki, ölkəsinin üçtərəfli məsləhətləşmə mexanizminin yaradılması təklifi Liviya və Tunis tərəfindən qəbul olunub və bu çərçivədə görüşlər keçirilib. Bu görüşlər çərçivəsində adıçəkilən ölkələrin birbaşa maraqlarına aid problemlərin həlli üçün real əməkdaşlıq layihələri barədə fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью