3 ölkənin məxfi danışıqları nəticə verdi Baydendən son həmlə KONKRET | Icma.az
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verildiyi kimi, ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların uzaqmənzilli silahları ilə Rusiya Federasiyasının ərazisinə zərbələr endirməyə icazə verib.
Bundan başqa, Qərb dövlərindən bir neçəsi də oxşar addımları atıb.
KONKRET.az xəbər verir ki, mövzunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu şərh edib.
Ekspert bunu üç ölkə arasında gedən məxfi danışıqların nəticəsi kimi qiymətləndirib: “ABŞ Prezidenti Cozef Baydenin Ukraynaya Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verməsinin ardınca Böyük Britaniya və Fransanın da oxşar qərar verməsi 3 paytaxt arasında aparılan məxfi danışıqların nəticəsidir.
London və Paris bu məsələylə bağlı Vaşinqtonun qərarını gözləyirdilər.
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydedən bu qərarı aylardır gözləyirdi. Bayden son ana qədər məsələni uzadırdı.
Vitse-Prezident Kamala Harris prezident seçilsəydi, Ukraynaya Rusiya ərazisinə uzaq mənzilli zərbələr endirməsi qərarını o verməli olacaqdı.
Tam oxu
Xəbəri oxu