3 otaqlı ev tamamilə yandı

01.05.2025

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Ağdamda 3 otaqlı ev yanıb.

Bakupost.az xəbər verir ki, yanğın hadisəsi rayonun İmamqlubəyli kəndi ərazisində baş verib. Rayonun Papravənd kənd sakini Heydər Məmmədova məxsus 3 otaqlı evdə baş verən yanğın zamanı ev tamamilə yanıb. Hadisə yerinə FHN-nin yanğınsöndürən əməkdaşları gələrək alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısını alıb.

Faktla bağlı araşdırma başlanıb yanğının baş vermə səbəbi araşdırılır.

Esmira Hidayətova, BakuPost.az

Читать полностью