3 oyun, 3 qol, 3 qol ötürməsi və ayın ən yaxşısı

17.01.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Almaniya Bundesliqasında dekab ayının ən yaxşı futbolçusu bəlli olub.

QOL.az xəbər verir ki, bu ada "Bayer"in(Leverkuzen) futbolçusu Florian Virtz layiq görülüb.

21 yaşlı yarımmüdafiəçi dekabrda Bundesliqada 3 matçda 3 qol, 3 asist edib.

Almaniyalı futbolçu səsvermədə Coşua Kimmix ("Bavariya"), Camal Musiala ("Bavariya"), Miçel Vayzer ("Verder"), Nik Voltemade ("Ştutqart") və Pol Nebeli ("Maynts") geridə qoyub.

Qeyd edək ki, Virts Bundesliqada bu mövsüm 17 matça çıxıb, 7 qol vurub, 7 qol ötürməsi edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью