3 oyunluq diskvalifikasiya, 900 manatlıq cərimə AFFA nın MOİK lə bağlı QƏRARI

22.09.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

AFFA İntizam Komitəsi MOİK klubunun futbolçusu Samir Məhərrəmlini 3 oyunluq cəzalandırıb.

İdman.biz xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

Məhərrəmli I Liqanın II turunda keçirilən “Şimal” - MOİK oyununda (90+4-cü dəqiqə) təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Qeyd edək ki, bundan əlavə klub 900 manat məbləğində cərimələnib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью