3 partiya birləşir Yeni yolun sədri kim olacaq?

09.01.2025

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə daha 3 partiya birləşir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Gələcək, Səadət və DEVA partiyaları bir dam altında fəaliyyət göstərəcək.

Məlumata görə, "Yeni yol" adıyla fəaliyyət göstərəcək partiya sabah rəsmən elan olunacaq: "Yanvarın 10-u və ya yanvarın 13-ü bu barədə rəsmi quruma ərizə veriləcək. Bundan sonra birləşəcək partiyaların birində deputat olmayan nüfuzlu şəxs sədr seçiləcək".

Yeni partiya qurulduqdan sonra Səadət, Gələcək və DEVA partiyalarından olan millət vəkilləri Türkiyə Böyük Millət Məclisi Başkanlığına yeni partiya fraksiyası altında fəaliyyətləri ilə bağlı bilgi verəcək.

Samir MUSAYEV
MİA.AZ


 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью