3 rayonun suyu KƏSİLƏCƏK

04.02.2025

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Səbail, Nəsimi, Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin edən magistral xətdə aparılacaq tikinti-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu rayonların müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq". 

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib. 

Bildirilir ki, işlər 5 fevral, saat 10:00-da başlanılacaq, 6 fevral, saat 07:00-da yekunlaşdırılacaq. Bu tarixdən sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью