Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanı 3 saat ərzində 7 dəfə püskürərək təxminən 800 metr hündürlüyə kül sovurub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Antara" agentliyi Semeru Vulkan Müşahidə Məntəqəsinə istinadən yazıb. Xəbərə görə, Yava adasının Lumajang və Malanq bölgələrinin sərhədində yerləşən Semeru vulkanında səhər saatlarında 7 dəfə vulkanik hərəkətlilik qeydə alınıb.
İlki yerli vaxtla saat 04:58-də başlayan püskürmələr 08:02-yə qədər davam edib və 300 metrdən 800 metrə qədər kül dumanı yaradıb.
Rəsmilər püskürmələr səbəbindən zirvənin cənub-şərq hissəsində 13 kilometr boyunca və bu bölgədən kənardakı çay sahillərinin 500 metr ətrafında bütün fəaliyyətləri qadağan ediblər.
Qeyd edək ki, "Sakit Okean Odlu Qövsü" zəlzələ və vulkan qurşağında yerləşən İndoneziyada təxminən 130 aktiv vulkan mövcuddur.
"Bromo Tengger Semeru" Milli Parkının bir hissəsini təşkil edən Semeru, Yava adasındakı ən aktiv vulkanlardan biri kimi tanınır.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin