3 şahmatçımız Avropa çempionatının 2 ci turunda qələbə qazanıb

17.03.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rumıniyanın Eforie Nord şəhərində kişi şahmatçılar arasında Avropa çempionatının 2-ci turu keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycanın 3 şahmatçısı növbəti turda ikinci qələbəsini qazanıb.

Məhəmməd Muradlı, Misrətdin İsgəndərov və Riad Səmədov hərəyə 2 xal toplayıb. Onlardan ən yüksək əlavə göstəricilərə malik olan Muradlı turnirdə 11-ci yerdə qərarlaşıb.

Nicat Abasov, Əhməd Əhmədzadə və Vüqar Manafov isə yarım xal geri qalırlar.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью