3 şəhərdə pensiyalar ödənildi

13.08.2025

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə avqust ayının pensiyaları ödənilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Eyni zamanda bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin avqust ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью