Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Uyğunsuzluq aşkarlanan 3 ton yerfındığı məhsulunun satışa çıxarılmasının qarşısı alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində “MORS TRADİNG” MMC-nin Özbəkistandan idxal etdiyi təmizlənmiş yerfındığı məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən baxış keçirilib.
Laborator müayinə nəticəsində Aflatoksin B1 və Total Aflatoksin göstəriciləri üzrə uyğunsuzluq aşkarlanıb.
3 ton məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə müvafiq qərar qəbul edilib. Sahibkarın müraciəti əsasında məhsul partiyaları məhv edilib.


