3 uşağını öldürən ana İsveçrədə ölü tapılıb

14.11.2024

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

3 uşağını öldürən ana İsveçrədə ölü tapılıb

Fransanın Alp bölgəsində baş verən dəhşətli hadisədə 3 uşağını bıçaqlayaraq öldürdüyü iddia edilən ana İsveçrədə ölü tapılıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Fransa mətbuatının yazdığına görə, Taninges qəsəbəsində yaşayan 45 yaşlı müəllim Debora Pel 2, 11 və 13 yaşlı uşaqlarını öldürüb, daha sonra isə Audi markalı avtomobili ilə qaçıb. Uşaqların meyitlərini evdə tapan nənə və baba vəziyyəti polisə xəbər verib.

Təxminən 60 nəfərlik polis qrupu helikopter və dalğıc qrupları ilə axtarışlara başlayıb. Həm Fransa, həm də İsveçrə vətəndaşlığı olan ana İsveçrə sərhədini keçərkən görüntülənib və qısa müddət sonra avtomobilində ölü tapılıb.

Hadisə bölgədə böyük kədər yaratsa da, uşaqların təhsil aldığı Jak Brel orta məktəbinin rəsmiləri məsələ ilə bağlı açıqlama verməkdən çəkiniblər. Bildirilib ki, ananın işlədiyi məktəbdə şagirdlər və valideynlər üçün məlumatlandırma görüşü keçiriləcək.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью