3 uşaq anası sevgilisi ilə birləşib, ərini öldürdü Dəhşətli cinayət

11.11.2026

Icma.az bildirir, Bakupost portalına istinadən.


Sevgilisi ilə birləşib ərini öldürən 3 uşaq anasına ağır cəza verilib. Belə ki, Leyla və Zahir tanış olublar, daha sonra Zahir Leyla ilə sevgi münasibəti yaşayıb, lakin Leyla evli və üç uşaq anası olub. Bir gün Zahir gizlincə Leyla ilə görüşmək üçün onların evinə gəlib. Bu zaman onun ərinin evdə olduğunu görüb və onu öldürmək qərarına gəlib.

"Bakupost" Tezadlar.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, Leyla Abbasova 15 il, Zahir Soltanov isə 18 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2025-ci il avqustun 9-da Daxili İşlər Nazirliyi 29 yaşlı İkram Piriyevin Zabrat qəsəbəsində yaşadığı evdə qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb.

Zahir Soltanov və Leyla Abbasova 15-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıblar. Təqsirləndirilənlər sevgili olduqlarını məhkəmədə etiraf ediblər.

Təqsirləndirilən Zahir Soltanov Leyla Abbasovanın günahsız olduğunu deyib:

"Mənim üzrxahlığım ondan ibarətdir ki, mən bu barmaqlıq arxasında tək olmalı idim. Leylanın bu işdə heç bir günahı yoxdur, o, indi körpələrinin yanında olmalı idi. Şikayət tək məndən olmalı idi, gedib cəzamı çəkərdim, Leyladan niyə şikayət etdilər? Üç uşağın anasız, başsız qalmasına görə özümü heç vaxt bağışlamayacam. Çünki, bu işdə günahsız olanlar da günahkar çıxdılar. Bu işdə tək günahkar mənəm".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью