3 uşaq anası sığınacaqda ÖLDÜRÜLDÜ

25.09.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Koesfeld şəhərində 36 yaşlı, üç uşaq anası olan türk qadın qaldığı sığınacaq və yerləşdirmə mərkəzində bıçaqlanaraq öldürülüb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə ilə bağlı qadının bir müddətdir ayrı yaşadığı 43 yaşlı əri saxlanılıb. Prokurorluğun açıqlamasına görə, hər iki şəxs Türkiyə vətəndaşıdır və cütlük bir müddətdir ayrı yaşayırmış. Qadın çərşənbə günü günorta saatlarında mərkəzdə bədəninin yuxarı hissəsində bıçaq xəsarətləri ilə aşkarlanıb. Hadisə yerinə gələn təcili yardım əməkdaşları ona ürək masajı etsələr də, həyatını xilas etmək mümkün olmayıb.

Polis şahidin verdiyi məlumat əsasında şübhəlini hadisə yerindən təxminən 40 kilometr aralıda yerləşən Münster şəhərində saxlayıb. Bildirilib ki, saxlanılan şəxs hələlik ittihamlarla bağlı ifadə verməyib. Hadisədən sonra xüsusi qətl istintaq qrupu yaradılıb. Ölümün dəqiq səbəbini və qətlin bütün təfərrüatlarını müəyyən etmək məqsədilə meyit üzərində ekspertiza təyin olunub. Polis və prokurorluq qətlin motivinin hələ məlum olmadığını, istintaqın davam etdiyini açıqlayıb.

Əfsanə
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью