3 uşaqlı ailələr də çoxuşaqlı sayılsın TƏKLİF

13.09.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Ölkəmizdə çoxuşaqlı ailə meyarının dəyişdirilməsi təklif olunur. Hazırkı qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir.

Redaktor.az xəbər verir ki, onlara dövlət tərəfindən müəyyən güzəştlər və aylıq müavinətlər təyin olunur.

Millət vəkili Vüqar Bayramov müasir dövrün tələblərini nəzərə alaraq, üç uşaqlı ailələrin də çoxuşaqlı ailə hesab edilməsini təklif edib.

Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

"Millətin sabitliyi üçün ailədə ən azı üç uşaq olmalıdır. İki uşaq bunu təmin etmir", - sakinlərdən biri deyib.

"Olmalıdır, məncə. Vaxtilə olub. Mənim anam da, qayınanam da üç uşağa görə pensiyaya çıxıblar", - başqa bir sakin bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью