Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Onlar nə özlərinə azuşaqlı deyə bilirlər, nə də rəsmi olaraq çoxuşaqlı sayılırlar.
Üç övlad böyütmək – həm fədakarlıq, həm də cəmiyyətə edilən böyük töhfədir.
Amma bu ailələr dövlətdən uşaqlara görə maddi dəstək ala bilmirlər.
Bir müddət əvvəl 3 uşaqlı ailələrin çoxuşaqlı ailə statusu məsələsi müzakirə edilirdi.
Bəs 3 uşaqlı ailələr nə vaxt rəsmi olaraq çoxuşaqlı ailə statusu alacaqlar?
Bu qərarın ləngiməsi yalnız statistik bir məsələ deyil – minlərlə ailənin gündəlik həyatını dəyişəcək bir addımdır.
Mövzu ilə bağlı deputat Fazil Mustafa Referans - a onu bildirdi ki, hazırda bu məsələ ilə bağlı hələlik konkret bir qərar yoxdur.