3 yaşlı qızın şübhəli ölümü Anası həbs edildi | Icma.az
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır. Ankaranın Ayaş qəsəbəsində yaşayan Nuriye S.
19 noyabr saat 08:30 radələrində "Qızım ölür" deyərək qonşularından yardım istəyib və hərbçi həyat yoldaşına da xəbər verib. Nuriye S.
qızının yataqdan yıxılaraq xəsarət aldığını iddia edib. Evdəki vəziyyəti görən ata Ö.S.
qızını qucağına alaraq yaxınlıqdakı dövlət xəstəxanasına aparıb.
Burada aparılan müayinələr zamanı Elif İkra S.-nin bədənində izlər və qabırğa sümüklərində qırıqlar aşkarlanıb.
İlk tibbi yardımdan sonra Elif Bilkent Şəhər Xəstəxanasına göndərilib. Lakin Elif İkra S.
iki gün sonra həkimlərin səylərinə baxmayaraq həyatını itirib. Onun nəşi Polatlıda torpağa tapşırılıb.
Ölümü ilə bağlı hazırlanan ilkin məhkəmə-tibbi ekspertiza hesabatına əsasən ana Nuriye S. həbs edilib.
Tam oxu
Xəbəri oxu