3 yaşlı uşağı timsahlar saxlanılan qəfəsə atdı

19.06.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Böyük Britaniyada bir kişi 3 yaşlı oğlanı timsahların saxlandığı volyerə atıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, tükürpədici hadisə dünən Kembricşir qraflığında, Hantinqdonşir şəhərciyindəki şəxsi heyvanxanada yaşanıb.

Ağır dişlək yaraları alan körpə mühafizəçilər tərəfindən xilas edilərək Addenbrukdakı  xəstəxanaya çatdırılıb. Vəziyyəti stabil ağır olaraq qalır.

Qeyd edək ki, 30 yaşlı kişi həbs olunub. Onun uşaqla tanış olmadığı bildirilir. Əməlinin səbəbləri isə bəlli deyil.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью