3 yaşlı uşağın boğazından 19 maqnit çıxarıldı FOTO

07.10.2025

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

Türkiyənin Elazığ bölgəsində 3 yaşlı uşaq əməliyyatla udduğu 19 maqnitdən xilas edilib.

Milli.Az xəbər verir ki, hadisə Ərzurumda baş verib. Evdə oyun oynayan uşaq maqnitləri udub və vəziyyəti pisləşərək xəstəxanaya çatdırılıb.

Endoskopik əməliyyatla maqnitlər uşağın boğazından çıxarılıb. Maqnitlərin bir-birinə yapışdığı və qida borusunu tıxadığı müəyyən edilib.

Prof. Dr. Doğan, əməliyyatın mədəyə xüsusi mesh qoyularaq həyata keçirildiyini və uşağın səhər ümumi vəziyyəti yaxşılaşdıqdan sonra evə buraxıldığını bildirib.

Fidan
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью