3 yaşlı uşağın döyülməsi: Ana valideynlikdən məhrum edilə bilər

25.09.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lənkəranda 3 yaşlı uşağın zorakılığa məruz qalması ilə bağlı məlumat yayıb.

"Yeni Sabah" xəbər verir ki, komitə azyaşlının təhlükəsizliyinin təmin edilməsi, səhhətinin bərpası hüquq və mənafelərinin qorunması əsas prioritet elan edib.

"Hazırda uşağın səhhəti stabildir. Azyaşlının döyülməsində şübhəli bilinən atalığı ilə bağlı rayon polis şöbəsində təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticələrindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək. Toyuqlu pizza

Eyni zamanda, uşağın anasının valideynlik hüququnun məhdudlaşdırılması məsələsinə  baxılır. Ananın psixoloji vəziyyəti ilə bağlı müvafiq psixoloqlar tərəfindən onunla söhbətlər və psixoloji dəstək tədbirləri həyata keçirilir".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью