3 yaşlı uşağın mədəsindən 21 maqnit topu çıxarıldı

25.09.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyədə Kocaeli Şəhər Xəstəxanasında 3 yaşlı uşağın mədəsindən və boğazından 21 ədəd maqnit topu çıxarılıb.

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, uşaq öskürək şikayəti ilə xəstəxanaya aparılıb.

Müayinə zamanı məlum olub ki, uşağın udduğu oyuncağın rəngli maqnitləri onun  mədəsində və boğazında ilişib qalıb.

Uşaq qastroenterologiya qrupu tərəfindən dərhal əməliyyat olunub. 

Uşaq qastroenteroloqu Dr. Ayşe Burcum Sertel, ailələrə bu tip maqnitli oyuncaqlar almaqdan çəkinməyi tövsiyə edib.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью